“Mən cahil, anti-kommunist, toksik millətçi (red. çayxana millətçiliyi) , dindar, mühafizəkar ola bilərəm. Nəzərə al ki, səhər zavodda fəhlə işləyirəm, axşam da “taksovatlıq eliyirəm”. Evimdə yuxudan kənar vur-tut 2 saat vaxt keçirirəm ki, onu da uşağımla oynamağa, yemək bişirməyə və dostlarımla çayxanada vaxt keçirməyə sərf edirəm. Həmişə gərginəm, çünki elə gün olmur ki, özümə “sabah neyləyəcəm?”, “filan xərcimi necə ödəyəcəm?” suallarını verməyim. Gah işıq pulu gəlir, gah qaz pulu, gah da su pulu. Gah kirayə pulunun vaxtı gəlir, gah maşın…
Azərbaycan hakimiyyətinin adminstrativ, siyasi, iqtisadi problemləri o qədər uzun müddət davam etdi ki, problem olmaqdan çıxıb şəraitə döndü. Şəraiti dəyişmək problemi dəyişməkdən çətindir, çünki onu dəyişmək istədiyin anda o şəraiti yaradanlardan əlavə ondan yararlananlara da müharibə elan etmiş olursan. Boşluqlardan istifadə edən nə qədər çoxdursa, düşmənin də o qədər çoxdur. Demək olar ki, hər gün həm sosial şəbəkələrdə, həm də real həyatda YAP hakimiyyətinin hansısa çatışmazlığını görürük. Küçəyə çıxıb heç bir siyasi ambisiyası olmayan…
“Dəyərli müxalifətçi dostlar, Azərbaycan xalqını xalq edən Dağlıq Qarabağ adlı işarələyəndir (signifier). Yalnız ona bağlılıq insanların milli kimliyini yaradır. Başqa heç bir dəyər o səviyyədə güclü olmayacaq. Azərbaycanlılar heç vaxt seçki və ya demokratiya tələbi ilə meydana çıxmayacaq və mobilizasiya olmayacaq, çünki daxili düşmən obrazı burada xarici düşmən obrazı ilə əvəz edilib. Bunu qəbul edin: Azərbaycanda demokratiya obyektiv olaraq mümkün deyil.”
COVİD – 19 pandemiyasının qlobal yayılması dünyanı heç vaxt rastlaşmadığı bir vəziyyətlə qarşı-qarşıya qoyub. Tezliklə qlobal səhiyyə böhranı fonunda iqtisadi böhran (konkret desək, təklif böhranı) dünya ictimaiyyətini və siyasi elitanı olduqca radikal bir dilemma qarşısında qoyacaq – ya insanları qorumaq, ya da iqtisadiyyatı...
Heç kim qüsura baxmasın, susmayacam. Axı kimsə dinməlidir. Axı kimsə qalxıb deməlidir ki,vaxtilə Qarabağ uğrunda döyüşmüş qazilərimiz var. Axı kimsə deməlidir ki, o qazilər olmasaydı, indi biz olmazdıq. Niyə onları unutmuşuq?
Sosial Şəbəkələr