“Mən cahil, anti-kommunist, toksik millətçi (red. çayxana millətçiliyi) , dindar, mühafizəkar ola bilərəm. Nəzərə al ki, səhər zavodda fəhlə işləyirəm, axşam da “taksovatlıq eliyirəm”. Evimdə yuxudan kənar vur-tut 2 saat vaxt keçirirəm ki, onu da uşağımla oynamağa, yemək bişirməyə və dostlarımla çayxanada vaxt keçirməyə sərf edirəm. Həmişə gərginəm, çünki elə gün olmur ki, özümə “sabah neyləyəcəm?”, “filan xərcimi necə ödəyəcəm?” suallarını verməyim. Gah işıq pulu gəlir, gah qaz pulu, gah da su pulu. Gah kirayə pulunun vaxtı gəlir, gah maşın…
İntihar siyasət, sosiologiya, fəlsəfə, ədəbiyyat barəsində aparılan müzakirələrə bənzəməz. Ortada yarımçıq qoyulan bir ömür var. Hələ bu ömür bir gəncin özünə qəsd etməsiylə bitirsə. İntihar həyatın mənasızlığının dərk olunmasından sonra yaranırsa, həyatın hansı mənaya sahib olması məsələsi ortaya çıxır. Həyatın mənası nədir?
Azərbaycan dünyanın ən gülməli, həm də ən acınacaqlı dövlətidir. Heç zəhmət çəkib ölkəmizi Afrikadakı yoxsul ölkələrlə müqayisə eləməyə cəhd etməyin. Birincisi, onlar de - fakto dövlət deyillər, çünki əksəriyyətinin ordusu, dövlət başçısı belə yoxdur. İkincisi, onların dərdlərinin kifayət qədər konkret və qısamüddətli tədbirlərlə uzunmüddətli həlli var - oranı lazımsız ünsürlərdən təmizləyib sənaye kompleksləri yaradan olsa, bütün problemləri həll olunar. Amma bizim cəmiyyətə nəzər salanda fəlsəfə, iqtisadi, siyasi düşüncə -…
Sosial Şəbəkələr