Kapitalizm

Kapitalizm hələ 16-17-ci əsrlərdən yaranıb formalaşmış ictimai-sosial quruluşdur. Bu quruluşun əsasında  azad bazar təsərrüfatının inkişafı, sənaye sahəsinin üstünlüyü və stimul durur. Dünyaya nəzərə salsaq, görərik ki, dünya ölkələrinin 90%-i, o cümlədən Azərbaycan öz iqtisadi-sosial siyasətini bu quruluşun təməl qaunauyğunluqlarını nəzərə alaraq qurur.Belə bir sual yaranır ki, kapitalizm özündən əvvəlki ictimai-iqtisadi quruluşlardan nə ilə fərqlənir?


Bu  məsələyə müxtəlif rakurslardan yanaşmaq olar.İstər siyasi,istər fəlsəfi,istər ictimai, istərsədə iqtisadi cəhətdən bu quruluş özündən əvvəlkilərdən çox üstündür.Siyasi cəhətdən baxsaq,kapitalizm dövründə hər hansı dövləti idarə etmək feodalizm dövlətini idarə etməkdən qat-qat asandır,çünki kapitalizm dövlətində təsir rıçaqları çoxdur.Məsələn, feodalizm dövlətində feodalın hakimiyyəti oliqarxların hakimiyyəti qədər böyük deyildi.Feodal maksimum öz təsərrüfatındakı kəndliləri idarə edə bilirdisə, oliqarxların böyük əksəriyyəti dövləti və onun siyasətini idarə edirlər.Meqa oliqarxlar hətta dünyada gedən siyasi-iqtisadi proseslərə müdaxilə edib onları idarə edə bilirlər.Bunu təmin edən iqtisadi qloballaşma da kapitalizmin bazasında yaradılan bazar təsərrüfatının zərurətlərindən yaranıb.Bu barədə biraz sonra.Hələliksə,kapitalizmi təhlil etməyə davam edək.
Fəlsəfənin gözündən baxsaq, kapitalizm  insanın dünya üzərindəki təsirini artıran quruluşdur.Necə? Kapitalizmin  digər quruluşlardan fərqi onun insanlara verdiyi stimuldur.İnsan ancaq stimula cavab verdiyindən bu quruluşun mövqeyi çox yüksək olur.Bu fikrimi aydınlaşdırmaq üçün sizə bir misal çəkmək istəyirəm.İnsanlar niyə qumar,lotoreya oynayırlar? Qalib gəlib həyatını dəyişmək şansları olduğu üçün.Amma qumar oynayanların hamısı qalib gəlirmi?Lotoreya biletləri bəzən 10-100 milyon tirajla çap oluna bilir,amma bu biletlərdən maksimum 10% i uduşlu olur.Amma insanlar bunu bilə-bilə yenə qumar oynayırlar. Kapitalizm də qumar kimidir.Bu quruluşda bəxti gətirən çalışqan,bilikli adamlar oliqarx olurlar.Amma buna hamının şansı var.Qumarda  kazino sahibləri qazandığı kimi kapitalizm qumarını da oynadan qazanır.Bu oyunu oynadanlar isə meqa oliqarxlardır.Bu quruluşun verdiyi stimulun hesabına 6,5 milyard insan oliqarx olmaq eşqiylə çalışırlar.
İctimai cəhətdən, kapitalizm özündən əvvəl gələn quruluşlardan daha real və ədalətlidir.(Düzdür,sosializm və kommunizm ondan daha ədalətli idilər,amma onlar da real deyillər.)Stimul faktorunu nəzərə alsaq,görərik ki, küçədə yatan əyyaşdan tutmuş,gününü gününə calayan kasıb tələbəyə kimi hər kəsin bir gün oliqarx olmaq şansı var. Üstəlik kapitalizmdə məcburiyyət yox,zərurət var.(Düzdür,  belə şəraitdə həmin zərurət elə məcburiyyətdir.)
İqtisadi cəhətdən də kapitalizm   çox fərqlənir. Əgər feodalizm və sosializmdə  inteqrasiya nəzarətdə saxlana bilirdisə,kapitalizmdə bu belə deyil. Feodalizmdə  və sosializmdə kölgə iqtisadiyyatı kapitalizmdəki qədər güclü potensiala malik deyil deyildi.Hələ 1929-33-cü illər böhranına kimi iqtisadiyyat ümumiyyətlə nəzarətdə saxlanmırdı. Belə ki, Adam Smit,David Rikardo, Uilyam Petti,Alfred Marşal kimi iqtisadiyyatçılar klassik ingilis iqtisadi məktəbini yaradıb onun sərbəst inkişafını təmin etdilər deyə az sonra bütün Avropa dövlətlərində “ gözəgörünməz əl”-ə etibar edilən bazar iqtisadiyyatı yarandı. Keynsə qədər Kölgə iqtisadiyyatının maddi bazası yaradıldı və məhz ondan sonra iqtisadiyyatın dövlət tənzimlənməsi dövrü başladı. Xatırladım ki, meqa oliqarxlar ona qədər “kəmərlərinin” altını bərkitmişdilər. Gəlin demək istədiklərimi geoiqtisadi və tarixi dildə tərcümə edim.
Keynsin “ İqtisadiyyatın dövlət tənzimlənməsi” elə vaxta təsadüf eləmişdi ki, Adam Smitin “gözəgörünməz əl” hoqqası dünya iqtisadiyyatını çökdürməkdə idi. 1929-33 böhranı iqtisadi terminologiyaya əvvəlcə “maliyyə böhranı”,sonra isə “iqtisadi böhran” anlayışlarını bəxş etmiş, dünya iqtisadiyyatında silinməz izlər qoymuşdu. Dövlətlərdə nəğd pul qıtlığı yarandı və “gözəgörünməz əl” iflasa uğradı. Bundan sonra C.M. Keynsin “ iqtisadiyyatın dövlət tənzimlənməsi” modeli ortaya çıxdı.Bundan sonra nə dəyişdi?
Dövlətdə pul qıtlığı hələ də davam edirdi və məhz buna görə meqa oliqarxlara ehtiyac duyurdu. Bu da, meqa oliqarx adlandırdığımız şəxslərin dövlət idarəsinə keçməklərinə keçid oldu. Məhz bunun nəticəsi idi ki, bu qüvvələr ikinci dünya müharibəsini yaratdılar və öz istəklərini həyata keçirdikdən sonra iqtisadi böhranı səngidi. Əbəs yerə deyildi ki, Dünya Bankı,Beynəlxalq Valyuta Fondu,Şengen İqtisadi Zonası kimi təşkilatlar yaradıldı.Bunun nəticəsində əvvəlcə iqtisadi, sonra isə mədəni, sosioloji qloballaşma güclənməyə başladı. 





Yorum Gönder

0 Yorumlar