“Mən cahil, anti-kommunist, toksik millətçi (red. çayxana millətçiliyi) , dindar, mühafizəkar ola bilərəm. Nəzərə al ki, səhər zavodda fəhlə işləyirəm, axşam da “taksovatlıq eliyirəm”. Evimdə yuxudan kənar vur-tut 2 saat vaxt keçirirəm ki, onu da uşağımla oynamağa, yemək bişirməyə və dostlarımla çayxanada vaxt keçirməyə sərf edirəm. Həmişə gərginəm, çünki elə gün olmur ki, özümə “sabah neyləyəcəm?”, “filan xərcimi necə ödəyəcəm?” suallarını verməyim. Gah işıq pulu gəlir, gah qaz pulu, gah da su pulu. Gah kirayə pulunun vaxtı gəlir, gah maşın…
Bu gün dünya dördüncü hakimiyyətin barmağı üzərində dönür. Elə bir zəmanədə yaşayırıq ki, mətbuat nəinki olanları göstərib keçmiş zamanı yaxınlaşdırır, hətta olmayanları danışıb gələcəyi yaradır. “ Əl-Cəzirə” Qəddafini məhz belə - Liviyadakı üsyanı üsyan başlayandan əvvəl uyduraraq devirdi (fikrimcə bu aksiomadır). Artıq kütlə gördüklərinə duyduqlarından daha çox inanır ki, bu da medianın qələbəsi deməkdir. Amma bu qələbə medianı elə bir zirvəyə qaldırır ki, “bu zirvədə atmosfer təzyiqi azalır, hamının nəfəsi kəsilir”. Nədənsə, bütün me…
Susmaq əsla məğlub olmaq deyil, amma heç qalibiyyət də danışa bilən lallara qismət olmur. Susmaq- həyat adlı döyüşdən kənarda qalmaqdır ki, bu hal məğlubiyyətdən belə aşağılayıcıdır. Gördünsə, fikir bildirməlisən və unutmamalısan ki, o fikir sənin öz fikrin olmalıdır. İnsan özünə qorxularından və nəfsindən azad olandan sonra nail olur. Fikrini bildirmək qorxularından və nəfsindən, onlara yenilərək qursağında ilişib qalmış fikirlərini səsləndirə bilməməkdən doğan vicdan əzabından azad olmaqdır. Azərbaycanda azad olmaq cəsarətli davranış…
Baxmaq-görmək-düşünmək-hərəkət etmək... Bizim baxmaq , görmək və düşünməklə aramız yaxşıdır, amma gəlin etiraf edək ki, hərəkət eləmək fazasına qarşı fobiyamız var. Biz nə hərəkət etməyi, nə də hərəkət edənləri sevmirik. Çünki qorxuruq.Bəlkə, bizim hərəkətsizliyimizin səbəbi düşünmək dayanacağında çox ləngiməyimizdədir. Bəs biz niyə çox düşünürük?
Sosial Şəbəkələr