COVİD – 19 pandemiyasının qlobal yayılması dünyanı heç vaxt rastlaşmadığı bir vəziyyətlə qarşı-qarşıya qoyub. Tezliklə qlobal səhiyyə böhranı fonunda iqtisadi böhran (konkret desək, təklif böhranı) dünya ictimaiyyətini və siyasi elitanı olduqca radikal bir dilemma qarşısında qoyacaq – ya insanları qorumaq, ya da iqtisadiyyatı...
Heç kim qüsura baxmasın, susmayacam. Axı kimsə dinməlidir. Axı kimsə qalxıb deməlidir ki,vaxtilə Qarabağ uğrunda döyüşmüş qazilərimiz var. Axı kimsə deməlidir ki, o qazilər olmasaydı, indi biz olmazdıq. Niyə onları unutmuşuq?
Bəşəriyyətin şahəsəri – insanın aid olduğu mühtin digər komponentləri ilə müqayisədə anlama xüsusiyyətinə malikdirdir. Bu anlama insan cəmiyyətinin yaranmasının ilkin mərhələsində zərurət idisə, indi mənəvi tələbata çevrilib. İnsan aid olduğu bəşəriyyətin bütün sirrlərini öyrənməyi hobbi halına gətirdiyi üçün buna daha çox vaxt və obyekt tapır. Və insan mütləq günlərin birində obyektlərinin içində metafizik enerjini tapır. Allah (ateistlərin dilində desək, metafizik enerji) insanın kaşiflik xisləti üçün ideal tapıntıdır, çünki onu anl…
Bu gün dünya dördüncü hakimiyyətin barmağı üzərində dönür. Elə bir zəmanədə yaşayırıq ki, mətbuat nəinki olanları göstərib keçmiş zamanı yaxınlaşdırır, hətta olmayanları danışıb gələcəyi yaradır. “ Əl-Cəzirə” Qəddafini məhz belə - Liviyadakı üsyanı üsyan başlayandan əvvəl uyduraraq devirdi (fikrimcə bu aksiomadır). Artıq kütlə gördüklərinə duyduqlarından daha çox inanır ki, bu da medianın qələbəsi deməkdir. Amma bu qələbə medianı elə bir zirvəyə qaldırır ki, “bu zirvədə atmosfer təzyiqi azalır, hamının nəfəsi kəsilir”. Nədənsə, bütün me…
Susmaq əsla məğlub olmaq deyil, amma heç qalibiyyət də danışa bilən lallara qismət olmur. Susmaq- həyat adlı döyüşdən kənarda qalmaqdır ki, bu hal məğlubiyyətdən belə aşağılayıcıdır. Gördünsə, fikir bildirməlisən və unutmamalısan ki, o fikir sənin öz fikrin olmalıdır. İnsan özünə qorxularından və nəfsindən azad olandan sonra nail olur. Fikrini bildirmək qorxularından və nəfsindən, onlara yenilərək qursağında ilişib qalmış fikirlərini səsləndirə bilməməkdən doğan vicdan əzabından azad olmaqdır. Azərbaycanda azad olmaq cəsarətli davranış…
İntihar siyasət, sosiologiya, fəlsəfə, ədəbiyyat barəsində aparılan müzakirələrə bənzəməz. Ortada yarımçıq qoyulan bir ömür var. Hələ bu ömür bir gəncin özünə qəsd etməsiylə bitirsə. İntihar həyatın mənasızlığının dərk olunmasından sonra yaranırsa, həyatın hansı mənaya sahib olması məsələsi ortaya çıxır. Həyatın mənası nədir?
Hər şey Rafiq Tağının ölümüylə başladı...Məhz onun ölümündən sonra anladım ki, Azərbaycan cəmiyyəti XIX əsrdən bəri dəyişməyib. Mirzə Fətəli Axunzadənin ölümü boyda rəzaləti dərk etməyən bir camaatda yaşadığımı fərq edəndən sonra anladım ki, ədəbiyyat onların qarşısında acizdir.Bu millət heç vaxt kitab oxumayacaq, çünki bu təfəkkürlə yaşayır. Bu təfəkkür heykəl düzəltməyi, özünü düzəltməkdən çox sevdiyi müddətcə kitab oxuya bilməz.O ancaq susmağı və ya qarğa kimi narahatlıq doğuracaq qarıltılar yaratmağı bacarır. Ey Hüseyn Cavid, Əhməd Cav…
Sosial Şəbəkələr