AAA-TEİZM ?!


Bəşəriyyətin şahəsəri – insanın aid olduğu mühtin digər komponentləri ilə müqayisədə  anlama  xüsusiyyətinə malikdirdir. Bu anlama insan cəmiyyətinin yaranmasının ilkin mərhələsində zərurət idisə, indi mənəvi tələbata çevrilib. İnsan aid olduğu bəşəriyyətin bütün sirrlərini öyrənməyi hobbi halına gətirdiyi üçün  buna daha çox vaxt və obyekt tapır. Və insan mütləq günlərin birində obyektlərinin içində metafizik enerjini tapır. Allah (ateistlərin dilində desək, metafizik enerji) insanın kaşiflik xisləti üçün ideal tapıntıdır, çünki onu anlamaq daha çox vaxt aparır. 

Sizə gülməli görünə bilər, amma bu həqiqətdir ki,   insan üçün ideal tədqiqat obyekti-onun daha çox vaxt sərf edəcəyi obyektdir. Bundan əmin olmaq istəyirsinizsə, sizə  mövcud olan milyonlarla misaldan birini təqdim edə bilərəm. Amma dediklərimi tam anlamaq üçün hər sualımdan sonra biraz düşünməlisiniz.
İnsan Tanrını dərk etmək üçün nə qədər vaxt sərf edib? Bəs özünü dərk etmək üçün?  Razıyam, insanın tədqiq etdiyi bütün obyektləri tədqiq etməsinin səbəbi alt şüurda özünü dərk etmək tələbatından yaranıb, lakin insan tədqiqat obyektini seçəndə üst şüur səviyyəsində bunu düşünməyib?!
İnsan metafizik enerjini tədqiq etməyə hələ təbiəti ilk tanıdığı vaxtlardan başlayıb, amma özünü kəşf eləmək çox-çox sonra ağlına gəlib. Çünki insanın özü maddi nöqteyi-nəzərdən  kiçik obyektdir və insanın fikrincə özünü dərk etmənin bəlirli bir vaxtı var. Amma insan metafizik enerjinin ölçüsünə və təsir dairəsinə bələd olmadığı üçün elə düşünür ki, onu dərk eləmək üçün  əbədiyyətə qədər çalışsa, bəlkə nəticə əldə edə bilər. Din  dünyanın mənəvi dəyərlərini təqva etdiyi üçün bu tədqiqatların azad öyrənilməsini inkar edir, özü tədqiqatın nəticəsini müxtəlif misallarla göstərir ki, bu kaşiflik xislətinə güc gələ bilməyən insanlarda aqressiya yaradır. Onlar da uşaqlara məxsus hikkəylə tədqiqat obyektlərini inkar edirlər. Ateizm  bundan yaranır. Ateistlər tədqiqat obyektlərinin mövcud olmadığını iddia edirlər, amma onu tədqiq eləməkdən əsla vaz keçmirlər. Bu, ateistik fəlsəfələrin boşluğudur.

Din- insanların  mənəvi dəyərlərini qoruma mexanizmidir. O öz mahiyyətini o vaxt itirir ki, insanların maddi dünyalarına dolayısıyla yox, birbaşa sirayət edir. Din xadimləri bunun  fərqinə daha öncə varsaydılar, dünyada ateizm anlayışı olmazdı.  Ateizm - din xadimlərinin insanları daha asan yolla dəyişmək üçün göstərdikləri səbirsizliyə əks reaksiyadır.  Deməli, ateizm dinin təsirindən yaranır. Yuxarıda qeyd etdiyim aqressiya nümayişinin boş forması  onu göstərir ki, məsələ son dərəcə ciddidir və  mümkün olduqca tez zamanda həll olunmalıdır. Əslində din insanları birləşdirmək üçün yaradılıb, lakin, bu reaksiya nəticəsində dünyada qütbləşmə azalmır ki, artır. Deməli, mövcud vəziyyətdə  din xadimləri məsələnin mahiyyətini dərk edib siyasətlərini dəyişməlidirlər ki, din ali funksiyasını həyata keçirə bilsin. Unutmaq lazım deyil ki,  din insan üçün olduqca əhəmiyyətli amildir və  kimlərinsə onu dəyişməyə və baltalamağa haqqları yoxdur.
31 May 2012-ci il





Yorum Gönder

0 Yorumlar