Baxmaq-görmək-düşünmək-hərəkət etmək... Bizim baxmaq , görmək və düşünməklə aramız yaxşıdır, amma gəlin etiraf edək ki, hərəkət eləmək fazasına qarşı fobiyamız var. Biz nə hərəkət etməyi, nə də hərəkət edənləri sevmirik. Çünki qorxuruq.Bəlkə, bizim hərəkətsizliyimizin səbəbi düşünmək dayanacağında çox ləngiməyimizdədir. Bəs biz niyə çox düşünürük?
Sonra məni qınamayın ki, “bunları görə - görə niyə dillənmirdin” – Ölkəmiz bütün siyasi,ədəbi, fəlsəfi, elmi sferalarıyla birgə əlinə saatlı bomba götürüb və onu zərərsizləşdirməyə belə çalışmadan yerində dayanıb. Bəli, cəmiyyətimiz və dövlətimiz mümkünsüz olanı bacarır, yəni hərəkətsiz durub. Bunu gündəlik həyatınızda hamınız görürsünüz, amma hərəkət eləməyi ağlınızdan keçirmədən nəyisə gözləyirsiniz. Nəyi gözləyirsiniz, əzizlərim? Lazımı? Lazım artıq gəlib,gözləməkdən gözünün kökü saralıb və artıq getməyə hazırlaşır. Heç olmasa bo…
Azərbaycan dünyanın ən gülməli, həm də ən acınacaqlı dövlətidir. Heç zəhmət çəkib ölkəmizi Afrikadakı yoxsul ölkələrlə müqayisə eləməyə cəhd etməyin. Birincisi, onlar de - fakto dövlət deyillər, çünki əksəriyyətinin ordusu, dövlət başçısı belə yoxdur. İkincisi, onların dərdlərinin kifayət qədər konkret və qısamüddətli tədbirlərlə uzunmüddətli həlli var - oranı lazımsız ünsürlərdən təmizləyib sənaye kompleksləri yaradan olsa, bütün problemləri həll olunar. Amma bizim cəmiyyətə nəzər salanda fəlsəfə, iqtisadi, siyasi düşüncə -…
Kapitalizm hələ 16-17-ci əsrlərdən yaranıb formalaşmış ictimai-sosial quruluşdur. Bu quruluşun əsasında azad bazar təsərrüfatının inkişafı, sənaye sahəsinin üstünlüyü və stimul durur. Dünyaya nəzərə salsaq, görərik ki, dünya ölkələrinin 90%-i, o cümlədən Azərbaycan öz iqtisadi-sosial siyasətini bu quruluşun təməl qaunauyğunluqlarını nəzərə alaraq qurur.Belə bir sual yaranır ki, kapitalizm özündən əvvəlki ictimai-iqtisadi quruluşlardan nə ilə fərqlənir?
Sosial Şəbəkələr