Bahar niyə gəldi?


35-40 ildən sonra Ərəblərə bahar gəldi. Baharın gəlişinə sevinən camaat monarxiya şaxtasını devirməyə başladı. Əvvəlcə Tunis, sonra Misir, daha sonra Liviya və Yəmən, ən sonda isə Suriyada dövlət çevrilişi baş verdi.Qərb dövlətlərinin diliylə desək, xalq demokratiya uğrunda döyüşməyə başladı.Əvvəlcə Tunis,sonra Misir, ən sonda isə Liviya diktatorları devrilib tarixə qovuşdular.Bəs sizi maraqlandırmır, bahar niyə gəldi?

Hardasa,1 ay bundan qabaq əlimə bir fotoşəkil düşdü. Şəkildə Qəddafi,Hüsnü Mübarək,Bin Ali və Əli Abdullah Saleh yanbayan durub gülüşürdülər.Şəkildə olan 4 başçının dördünün də dalbadal devrilməsi sizcə qəribə deyilmi?Məncə, bu işin əmmalarından biri budur.
Adlarını çəkdiyim bu dörd diktator Afrikanın ən nüfuzlu simaları sayılırdılar,amma bu “kvartet”-in  içində bir şəxs var idi ki, o, nəinki Afrika hətta dünya siyasətində tək-tük  adamlardan idi ki, ABŞ-a əks gedə-gedə öz gücünü saxlaya bilirdi.Bəli, bu Muammər Qəddafi idi.Qəddafini yuxarıda qeyd etdiyim cəhətinə görə  Uqo Çaves, Fidel Kastro,Bəşər Əsəd və Mahmud Əhmədinəjadı bir əsas cəhət birləşdirir.Fikir verirsinizsə bu dörd şəxsin dördünə qarşı da etirazlar var.Uqo Çavesə qarşı 2002-ci ildə çevriliş edilmişdi, Fidel Kastroya qarşı isə 1959-cu ilin 1 Yanvarından bu yana qədər 600 ə qədər dövlət çevrilişinə cəhd olub.Mahmud Əhmədinəjada qarşı 2008,2010-cu illərdə çevriliş olduğunu da qeyd etsək, yerdə qalırdı,Qəddafi və Bəşər Əsəd. Qərbli baş bilənlər Uqo Çavesi devirə bilməyəcəklərini 2002-ci ildə gördülər(Xalq 48 saat içində Çavesi hakimiyyətə qaytara bilmişdi.) Kastro hakimiyyətini orda sosializmin və təkhakimiyyətliliyin uzun müddətdir ki, davam etməsi səbəbiylə yıxmaq qeyri-mümkündür,İran dini dövlət olduğuna və Əhmədinəcadın arxasında dini icma durduğuna görə  onu da yıxmaq asan deyil amma Liviya və Suriya liderlərinin belə sütunları yox idi.Əksinə, Qəddafi qəddarlığına görə xalqın nifrət hədəfi idisə, Bəşər Əsəd də əhli-təsünnə  dövlətində hökmranlıq eləsədə, hakim qrupuna şiələri gətirməsi ilə xalqın qınaq hədəfləriydi.Odur ki, onları yıxmaq Uqo Çaves,Fidel Kastro və Əhmədinəcadı devirməyin yanında su içmək qədər asan idi. Həm də bu iki lider hərəsi bir diktatorun  devrilməsində açar rolunu oynayırdı.Heç kəsə sirr deyil ki, Qəddafinin Misir  Keçmiş prezidenti Hüsnü Mübarək ,Yəmən diktatoru Əli Abdulla Saleh və Tunisin keçmiş prezidenti Ben Əli  üzərində ,Bəşər Əsədin isə Əhmədinəcadın dünya siyasətindəki mövqeyində təsiri böyükdür.Misir prezidenti əvvəl ABŞ və sionist rejimin diktəsiylə hərəkət edirdi,amma İsrail-Livan münaqişəsində xalqın tələbinə baş əyərək İsrailə zidd hərəkət etməsindən sonra (Xatırladaq ki, İsrailin Livanı bombardman etdiyi ərəfədə Misir xalqının diktəsiylə Mübarək Livanla Misir sərhəddini açmalı oldu) bu hərəkətinin cəzası qalmayacağını bildiyindən Anti-ABŞ koalisiyasına meyl etməyə başladı ki, bu da onu Qəddafiyə yaxınlaşdırdı.Yəni, əslində hədəfdə olan  Hüsnü Mübarək,Ben Əli,Abdullah Saleh,Bəşər Əsəd yox, Qəddafi və Əhmədinəcad idi.Bu rakursdan baxanda ərəb baharını üç rakursa bölmək olar:Liviya uğrunda mübarizə,İranı çökdürmək uğrunda mübarizə və  ümumi-çoxillik rejimlərin dəyişməsi uğrunda mübarizə. Bu üç fazanın hər birinin özünəməxsus  açarı var idi.
Məsələn, I fazanın önəmli fiqurları Hüsnü Mübarək və Ben Əli idi.Bəzi politoloqlar bunu israrla qeyd edirlər ki, “ərəb baharı” Liviya nefti uğrunda aparılan mübarizəni pərdələmək üçün yaradılmışdı.Hətta həmən politoloqlar buna  sübut kimi NATO-nun  inqilab olan başqa dövlətlərə yox, Liviyaya müdaxilə etməsini sübut kimi göstərirlər ki, bu da kifayət qədər inandırıcı sübutdur.
II fazanın önəmli fiquru Bəşər Əsəddir ki, bu da açıq aydın görünür.İstər Türkiyənin Suriyadakı məsələlərə həssaslığı, istər Səudiyyə Ərəbistanının reaksiyaları və bir sıra tədbirləri,istərsədə Rusiyanın Suriya məsələlərinə reaksiyası  belə düşünməyə əsas verir ki, “Suriya sadəcə şahmat fiqurudur.Belə nəticə çıxarmaq olar ki, Suriya və Türkiyə   müvafiq olaraq ,İran-ABŞ, dolayı yolla, Rusiya-ABŞ şahmat oyununda fiqurdurlar.Belə güman edirəm ki, Rusiya Liviyanı ABŞ-a ona görə bağışlayıb ki, Suriyanı özündə saxlasın,amma ABŞ Suriyanın İran üçün strateji əhəmiyyətə malik olduğunu anladığından onu özününküləşdirmək üçün hər yola atır.İran isə bunun qarşılığında PKK-nı aktivləşdirməklə Bəşər Əsəd rejiminin varlığını qorumağa çalışır.Qarayılan məsələsi,(səhv etmirəmsə, 17 Avqust 2011-ci ildə PKK-nın ikinci şəxsi Murad Qarayılanın İranda yaxalandığı xəbəri yayıldı,amma dərhal da o məlumat təkzib edildi.)məhz Türkiyəyə “ PKK-nın dərmanı da zəhəri də mənim əlimdədir, özünü yaxşı apar, onu sənə verim” mesajı kimi xarakterizə oluna bilər.
Məsələnin III fazası isə daha çox diqqət çəkir ki, burada strateji personajlar Qəddafi və Hüsnü Mübarək idilər. Qəddafi ABŞ-a əks gedirdi(halbuki heç kəsə sirr deyil ki, Qəddafi o postda ABŞ-ın başbilənlərinin istəyiylə oturmuşdu) Mübarək isə getdikcə İsrail üçün real təhlükəyə çevrilirdi.Ben Əli Qəddafiyə,Abdullah Saleh isə Mübarəkə bağlı adam idilər. Beləliklə,belə başa düşmək olar ki, Mübarəklə Qəddafinin devrilməsi Qərb başbilənləri üçün strateji əhəmiyyətə malik idi.
Əminəm ki, oxucularımda bu baharı gətirənin kimliyiylə bağlı bir şübhə qalmadı.Amma onun əvəzinə başqa bir sual var ki,ciddi cəhdlə cavab tələb edir-Niyə məhz bu il?
Bu il  dünya iqtisadiyyatı  İraq və Əfqanıstandakı hərbi əməliyyatların təsirindən çıxdı. Gəlirlər azaldığı halda dünya dövlətlərinin sosial müdafiə xərcləri(yəni heç bir qazanc gətirməyən xərclər) kəllə çarxa qalxdı.Təkcə Avro Zona dövlətləri sosial xərclər kvotasını 190%-ə qədər aşmalı oldular ki,bunun nəticəsində də İspaniya və Yunanıstanda qarşısı alınmaz iqtisadi böhran yaratdı. Buna görə də Dünya Bank ciddi şəkildə  pul qıtlığıyla üz-üzə qaldı. Orta hesabla,Avropa dövlətlər 2 trilyon avro itirdilər və bu prosesin sürətini azaltmağın ən yaxşı yolu süni siyasi böhranlar yaratmaq idi.(Həm də bu  ikitərəfli iqtisadi mənfəət qazanmaq deməkdir.Dünya Bankı həm diktatorların hesablarını dondurmaqla xeyli mənfəət əldə edir, həm də üsyançılara silah satmaqla ikinci gəlir mənbəyindən istifadə edir,bu yolla varlı ərəb şeyxlərini soyur)Bəzi politoloqlar belə düşünürlər ki,Fransanın Liviya məsələsinə müdaxiləsi də məhz bu böhranı səngitmək məqsədi güdürdü,ABŞ-da bu mübarizəni ona görə seyr edirdi ki, böhranın okeanı aşacağından qorxurdu (necə ki,qorxduğu başına gəldi)”ABŞ-ın durduğu yerdə Suriya camaatının təəssübkeşliyi” məhz bu böhrandan qurtulmaq üçün döyüşmək istəyindən irəli gəlirdi.(ki,Türkiyə onun istəyini gözündə qoydu.)
Türkiyənin bu məsələlərə dair öz planları var idi. Onun Suriya ixtişaşlarına müdaxiləsinin üç əsas səbəbi var:
1) PKK-dan qurtulmaq;
2) Yeni rejimi qurmaqla bölgədə liderliyini nümayiş etdirmək;
3) Suriyanın, kürdlərin və İranın İraqa müdaxiləsinin qarşısını almaq.
İran isə bu qarşıdurmalarda Əsəd rejimini həm bölgədə üstünlüyünü qorumaq, həm də ABŞ-ı yaxına buraxmamaq üçün dəstəkləyir.
Əhmədinəcadın Əsədi qorumağının üçüncü səbəbi isə kürdlərdir. PEJAK İranın xarici siyasətində yürütdüyü məkrli siyasətin əsas rıçaqıdır.İran məhz PEJAK-ın PKK-ya yardımı vasitəsilə Türkiyəni güclənməyə qoymur,çünki İran İslam Respublikası kimi tanınsada,əslində o yalnız Şiə Respublikasıdır.Səudiyyə Ərəbistanının və Türkiyənin ondan ehtiyyat etməsi və onu qorumamasının səbəbi də məhz budur.
P.S.Bütün bu dediklərimdən belə nəticəyə gəlirəm ki, ərəb baharı xalqa ancaq qanlı çiçəklər gətirdi. Bütün bu qovğaların baş bilənlərdən başqa heç kimə xidmət etməyəcəyinə adım qədər əminəm.








Yorum Gönder

0 Yorumlar