“Mən cahil, anti-kommunist, toksik millətçi (red. çayxana millətçiliyi) , dindar, mühafizəkar ola bilərəm. Nəzərə al ki, səhər zavodda fəhlə işləyirəm, axşam da “taksovatlıq eliyirəm”. Evimdə yuxudan kənar vur-tut 2 saat vaxt keçirirəm ki, onu da uşağımla oynamağa, yemək bişirməyə və dostlarımla çayxanada vaxt keçirməyə sərf edirəm. Həmişə gərginəm, çünki elə gün olmur ki, özümə “sabah neyləyəcəm?”, “filan xərcimi necə ödəyəcəm?” suallarını verməyim. Gah işıq pulu gəlir, gah qaz pulu, gah da su pulu. Gah kirayə pulunun vaxtı gəlir, gah maşın…
Sosial Şəbəkələr